image-reklam-veteninfo
image-1backend

Türkmənistanda toylarda xarici mahnıların çalınmasını yasaqlanıb

image-reklam-veteninfo

Türkmənistanda vətəndaşların həyatına dövlətin sərt nəzarəti var. İndi buna bir tələb də əlavə edilib.

Vətəninfo.az  “Azadliq” radiosuna istinadla xəbər verir ki, etnik müxtəlifliyi ilə seçilən Balkan vilayətinin hökuməti toylarda xarici mahnıların çalınmasını yasaqlayıb və məclislərdə türkmən musiqisinə üstün yer ayırmaq əmri verilib.

Türkmənistanda, çox vaxt olduğu kimi, bu dəfə də heç bir rəsmi açıqlama yoxdur. Ancaq sakinlərin bildirdiyinə görə, yeni gəlin və bəylərə nikahlarını qeydiyyatdan keçirdikləri zaman şifahi təlimatlar verilir.

“Qeydiyyat idarəsinin əməkdaşları gələcək cütlükləri toy məclislərində yalnız türkmən musiqisinin çalınmalı və toyun türkmən tərzində keçirilməli olduğu barədə xəbərdarlıq edirlər”, – Balkan vilayətindəki mənbələrdən biri deyib.

Toy məkanları, restoran və banket zallarının sahib və işçiləri də son həftələrdə yeni qaydalar barədə bilgiləndirilib.

“Restoran sahibləri çalınan mahnıların, azı, 80 faizinin türkmən musiqisi olmasına göz qoyurlar”, – adının çəkilməsini istəməyən bir restoran işçisi deyib. Türkmənistanda məmur əmrinə tabe olmamaq və hökumətin siyasətini tənqid etmək qətiyyən dözümlü qarşılanmır.

Bir restoran işçisi bu yaxınlarda keçirilən və, əsasən, türkmən musiqisi ilə müşayiət olunan toyda Berdiməhəmmədovun iki mahnısının çalındığını bildirib: “Berdiməhəmmədovun mahnılarının hərəsi 7 dəqiqəlik idi, DJ də onları iki dəfə oxutdu”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki