Vətəninfo.az xəbər verir ki, ötən gecə Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya tərəfindən atılan İran istehsalı olan 24 ədəd Şahid-136/131 dronunu zərərsizləşdirib.
Qeyd olunub ki, hücum zamanı Rusiya ordusu tərəfindən Ukraynanın Nikolayev, Dnepropetrovsk, Zaporojya, Donetsk, Sumi və Odessa əyalətləri hədəfə alınıb.