image-reklam-veteninfo
image-1backend

Ukrayna bu il ilk F-16 qırıcılarını ala bilər -Pentaqon rəsmisi

image-reklam-veteninfo

Pentaqonun məqsədi Ukraynanın 2024-cü ildə ilk Amerika F-16 qırıcılarından istifadə etməyə başlamasıdır. Vətəninfo.az-ın məlumatına görə , bu barədə Politico ABŞ müdafiə nazirinin köməkçisinə istinadən yazır.

Pentaqonun rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander nəşrə bildirib ki, Vaşinqton Rusiyaya qarşı mübarizənin əvvəlki iki ilində olduğu kimi Ukraynaya hərbi yardım göndərə bilməz.

Müdafiə Nazirliyinin nümayəndəsinin sözlərinə görə, “yaxşı xəbər” ondan ibarətdir ki, Qərb Ukraynanı döyüş təyyarələri ilə təchiz etmək səylərini davam etdirir.

“Bir neçə ukraynalı pilot ABŞ Hərbi Hava Qüvvələrinin bazasında təlim keçir və məqsəd Ukraynanın bu ilin sonunda bu təyyarələri istifadə etməyə başlamasıdır”, – rəsmi bildirib.

Hollandiya və Danimarka ilk olaraq Ukraynaya F-16 qırıcıları verməyə razılaşıb. Ağ Ev Ukraynanın pilot hazırlığını başa vurduqdan sonra üçüncü ölkələrdən qırıcı təyyarələr alacağını təsdiqləyib. Hollandiya Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren bəyan edib ki, Haaqa 2024-cü ildə ilk F-16 qırıcılarını Kiyevə göndərməyi gözləyir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki