Ukrayna Nazirlər Kabineti pilotsuz təyyarələrin alınması üçün daha 392 milyon dollar ayırıb. Vətəninfo.az “TASS”a istinadən verdiyi məlumata görə , bu barədə ölkənin baş naziri Denis Şmiqal bildirib.
Hökumət daha əvvəl pilotsuz təyyarələrin alınması üçün 1 milyard dollardan çox vəsait ayırmışdı. “Bu gün ayrılan vəsaitlə təhlükəsizlik və müdafiə qüvvələrimizə 300 min pilotsuz təyyarə veriləcək”, – Şmiqal bildirib.
Onun sözlərinə görə, vəsait pilotsuz təyyarələrin alınması ilə məşğul olan Xüsusi Dövlət Rabitə Agentliyinin köçürüləcək .
Hələ 2023-cü ilin dekabrında Ukraynanın Hava Kəşfiyyatına Dəstək Mərkəzinin rəhbəri Mariya Berlinskaya demişdi ki, hakimiyyət ölkədə hücum xarakterli dronları yığmaq üçün bir yol tapmasa, silahlı qüvvələr geri çəkilməyə məcbur olacaq. O qeyd edib ki, Ukrayna texnikasının əsas payı istehsalı fəal şəkildə inkişaf edən Rusiya hücum pilotsuz təyyarələri tərəfindən məhv edilir.