image-1backend

Ukraynaya dəstək üçün yeni fond yaradılır

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr Xidməti Ukraynaya dəstək üçün yeni fond yaradacaq yeni layihə hazırlayır. “Wall Street Journal” yazır ki, məqsəd Macarıstanın Kiyevə yardımla bağlı “veto”sundan yan keçməkdir.

Layihəyə əsasən, Aİ-yə üzv ölkələrə iyirmi milyard avrodan çox vəsaitin qaytarılması planlaşdırılır ki, bunun müqabilində sonuncu dörd il ərzində Ukraynaya on milyardlarla avroluq hərbi dəstək verməyi öhdəsinə götürəcək. Plana əsasən, yeni yaradılan fondun kapitalına 2022-ci ildə yaradılmış Avropa Sülh Fondundan 6,5 milyard avronun, eləcə də 2024-27-ci illər üçün illik 5 milyard avronun ayrılması daxil olacaq.

Qeyd edək ki, “Financial Times”ın yazdığına görə, Aİ Ukraynaya yardım üçün üzv ölkələrin zəmanəti ilə kredit götürməyi planlaşdırır və bununla da Macarıstanın tətbiq etdiyi “veto”dan yan keçə biləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki