image-1668511346_zspl9seeo07h5o4ubdsvoa9cdzmgz6k0backend

Ukraynaya meydan oxudu – “Hərbi əməliyyat tapşırığı yerinə yetiriləcək”

image-reklam_sirab_01

“Ukraynaya Qərbdən hərbi yardım göstərməsinə baxmayaraq, Moskva “xüsusi hərbi əməliyyat”ın tapşırıqları yerinə yetirəcək”.

Bu fikirləri Patruşev Bryanskda Rusiyanın mərkəzi hissəsində təhlükəsizlik məsələləri ilə bağlı keçirilən iclasda  deyib.

Nikolay Patruşev bildirib ki, Ukraynanın neonasizmdən azad edilməsi dünyada sabitlik və təhlükəsizliyin bərpasının başlanğıcı olacaq:

“Bu gün Rusiya kollektiv Qərbin dəstəyi ilə dirçələn neonasist Kiyev rejiminə və qızışmış rusofobiyaya qarşı mübarizə aparır, Ukraynadakı rusdilli əhalini soyqırımından qoruyur və BMT-nin fundamental prinsipləri əsasında beynəlxalq hüququ müdafiə edir”.

Patruşevin sözlərinə görə, radikal və ekstremist strukturların terror aktları törətmək niyyəti ilə Rusiya ərazisinə soxulmaq cəhdləri xeyli güclənib:

“Həyat təminatı obyektlərinin, o cümlədən nəqliyyat və yanacaq-energetika komplekslərinin fəaliyyətinə qəsdən müdaxilə faktları var”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki