image-1backend

Ukraynaya orta və uzaq mənzilli raketlər tədarük ediləcək – Makron

image-reklam_sirab_01

Fransa orta və uzaq mənzilli raketlərin və bombaların Ukraynaya ötürülməsi üçün tərəfdaşlarla koalisiya yaradacaq. Vətəninfo.az-ın  “Le Monde” nəşrinə istinadən verdiyi məlumata görə , bu barədə fevralın 26-da Fransa prezidenti Emmanuel Makron bildirib.

Parisdə Ukrayna ilə bağlı keçirilən konfransdan sonra Makron jurnalistlərə deyib ki, “dərin zərbələr və buna görə də orta və uzaq mənzilli raket və bombaların tədarükü üçün koalisiya yaratmaq” qərara alınıb.

“Kyiv Independent” dövri nəşri öz növbəsində xatırladır ki, Ukrayna uzun mənzilli silahların tədarükü üçün müttəfiqlərinə müraciət edib, lakin Moskva ilə münasibətləri gərginləşdirməmək üçün Qərb ölkələri bu prosesi yavaş-yavaş həyata keçirir. Fransa artıq Ukraynanı 250 km məsafə qət edə bilən uzaqmənzilli SCALP raketləri ilə təchiz edib.

Fevralın 24-də, Rusiyanın hərbi əməliyyatlarının iki ildönümündə Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ərazisindəki hədəfləri vurmaq üçün uzaqmənzilli raketlərdən istifadə etməyəcəyini açıqlayıb.

Emmanuel Makron da Qərb ölkələrinin hərbi qüvvələrinin Ukraynada yerləşdirilməsinin mümkünlüyünü istisna etməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki