image-2backend

Xaricdəki ukraynalı kişilərə konsulluq xidmətləri göstərilməyəcək?

image-reklam_sirab_01

Ukrayna xaricdəki kişi cinsindən olan vətəndaşları üçün konsulluq xidmətlərini ləğv edir.

Vətəninfo.az xəbər verir ki, bu barədə Ukraynanın “Zerkalo Nedeli” nəşri ölkənin xarici işlər nazirinin birinci müavini Andrey Sibiqanın məktubuna istinadən yazıb.

Qeyd olunub ki, aprelin 23-dən xaricdə yaşayan 18-60 yaş arası ukraynalılar üçün konsulluq xidməti əlçatmaz olacaq.

Bu sənədə əsasən, Ukrayna Xarici İşlər Nazirliyi ölkənin konsulluqlarına Ukraynaya qayıtmaq üçün sənədlərin hazırlanması istisna olmaqla, kişilər üçün bütün konsulluq xidmətlərinin göstərilməsini dayandırmağı tapşırıb. Hələlik Ukrayna hakimiyyəti tərəfindən bu məlumatın rəsmi təsdiqi yoxdur.

Bildirilib ki, məhdudiyyət Ukrayna vətəndaşlarının “hərbi qeydiyyat məsələsini həll etmək öhdəliyindən” yayınmasının qarşısını almaq üçün tətbiq edilir və may ayında qüvvəyə minəcək səfərbərlik haqqında qanunun tətbiqi ilə bağlı əlavə aydınlıq gətirilənə qədər qüvvədədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki