Yaponiya Ermənistana 35 təcili yardım maşını və yeni nəsil texnologiya ilə təmin edilmiş 4 reanimobil bağışlayıb.

Maşınların təqdim edilməsi mərasimində Ermənistan Baş naziri Nikol Paşinyan, Yaponiyanın İrəvandakı səfiri Masanori Fukuşima və digər rəsmi şəxslər iştirak ediblər.

Təcili tibbi yardım maşınları 30 iyun 2020-ci il tarixində Ermənistan Respublikası və Yaponiya hökumətləri arasında imzalanmış “İqtisadi və Sosial İnkişaf” qrant sazişi çərçivəsində hədiyyə edilib.unikal