image-1backend

Yaponiya Ukraynanın inkişafı üçün 150 milyon dollar ayıracaq

image-reklam_sirab_01

Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı Ukraynada inkişaf layihələrinin həyata keçirilməsi üçün Qara Dəniz Ticarət və İnkişaf Bankına 150 milyon dollar maliyyə verəcək. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko məlumat verib.

“Bu gün səhər Yaponiya Beynəlxalq Əməkdaşlıq Bankı ilə Qara Dəniz Ticarət və İnkişaf Bankı arasında sonuncuya iki mərhələdə 150 ​​milyon dollara qədər vəsaitin ayrılması haqqında memorandum imzalanıb”, – Sviridenko bildirib.

Onun sözlərinə görə, vəsait kənd təsərrüfatı və nəqliyyat kimi sahələrdə struktur layihələrin inkişafına ayrılacaq.

Bildirilib ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı 1999-cu ildə yaradılıb. Qara dəniz regionu ölkələrinin regional inkişafına və əməkdaşlığına kömək etmək. Onun üzvləri arasında Türkiyə, Ukrayna, Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya var.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki