image-1backend

“Yeni qaz kəməri Zəngəzur Dəhlizindən keçə bilər”

image-reklam_sirab_01

“Ermənistan ərazisindən Naxçıvanla quru əlaqənin yaradılması İranla münasibətlər kontekstində Azərbaycan üçün vacibdir. Çünki Azərbaycan İrandan asılılığı minimuma endirmək istəyir”. Bu sözləri Hudson universitetinin professoru Luke Coffin deyib.

O deyib ki, Bakı ilə Tehran arasındakı münasibətlər kənardan çox isti görünür. “Lakin sizi əmin edə bilərəm ki, daxildə bu münasibətlər kifayət qədər mürəkkəbdir”.

Coffin bildirib ki, Zəngəzur Dəhlizi təkcə, Naxçıvanı blokadadan çıxarmaq məqsədi daşımır. “Hal hazırda Azərbaycan İran üzərindən Türkmənistan qazını alaraq, Avropaya ötürür. Bu razılaşmadır. Amma Azərbaycanın Türkmənistandan qazı birbaşa almaq imkanı var. Ona görə də, faktiki olaraq Azərbaycan Türkmənistandan birbaşa qaz alaraq, Avropaya ötürmək üçün Türkiyə ilə birlikdə yeni qaz kəmərinin tikintisi üzərində işləyir”.

O qeyd edib ki, Zəngəzur Dəhlizi açılarsa, həmin kəmər Ermənistandan keçə bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki