image-rusya-ile-ukraynabackend

Yüzlərlə rus əsgəri öldürüldü

image-reklam_sirab_01

Dünyanın gözü və qulağı fevralın 24-dən Ukraynadan gələn xəbərlərdədir. ABŞ istehsalı olan HIMARS ilə Rusiyanı hədəf almağa davam edən Ukrayna, 2 hücumda yüzlərlə rus əsgərinin öldürüldüyünü açıqlayıb.

Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə başlayan müharibə tam sürətlə davam edir.

Rusiyanın hücumlarına raket hücumu ilə cavab verən Ukrayna, Rusiyanın işğalı altında olan Donetsk bölgəsinə edilən raket hücumunda təxminən 400 rus əsgərinin öldüyünü iddia edərkən, Rusiya isə hücumda 63 əsgərin öldüyünü açıqlayıb.

“Daily Mail” qəzetində yer alan xəbərə görə, Ukrayna Rusiya hədəflərinə daha iki hücum təşkil etdiyini açıqlayıb.

Açıqlamada hücum nəticəsində ən azı 500 rus əsgərinin öldüyü və ya yaralandığı bildirilib.

Ukrayna bu hücumda da ABŞ istehsalı olan HIMARS-dan istifadə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki