image-1backend

Zeki Aktürk: ”Son bir həftədə 63 terrorçu zərərsizləşdirilib”

image-reklam_sirab_01

Son bir həftədə Şimali İraq və Suriya da daxil olmaqla 63 terrorçu zərərsizləşdirilib.
Vətəninfo.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk nazirlikdə keçirdiyi mətbuat konfransında Türkiyə Silahlı Qüvvələrinin (TSQ) terrorla mübarizəsinin qətiyyətlə davam etdiyini bildirib.
Zeki Aktürk son bir həftədə PKK/KCK/PYD-YPG, DEAŞ və FETÖ başda olmaqla bütün terror təşkilatlarına qarşı daxili və sərhədyanı əməliyyatlarla İraq və Suriyanın şimalı da daxil olmaqla 63 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Zeki Aktürk 2023-cü ilin 1 yanvar tarixindən bu günə qədər zərərsizləşdirilən terrorçuların sayının 2 541-ə çatdığını söylədi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki