image-1backend

Zelenski cəbhədə çox çətin vəziyyət olduğunu açıqladı

image-reklam_sirab_01

Cəbhənin bir neçə bölgəsində son dərəcə çətin vəziyyət yaranıb. Rus qoşunları ehtiyatlarının maksimum miqdarını orada cəmləyib. Vətəninfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində Kupyansk istiqamətində Ukrayna mövqelərinə səfəri barədə danışarkən bildirib.

Onun Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Rusiya qoşunları Ukraynaya yardımın gecikməsindən istifadə edir.

“Biz dəstəyi bərpa etmək və genişləndirmək üçün mümkün qədər tərəfdaşlarla işləyirik. Ayrı-ayrılıqda bütün ukraynalı kişi və qadınlara, bütün şirkətlərimizə və silah, mərmi və pilotsuz təyyarələrin istehsalını qurmuş tərəfdaşlarımıza təşəkkür etmək istərdim”, – deyə Zelenski bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki