Vətəninfo.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, 2024-cü ilin əvvəlindən bəri ölkəsinin Hava Hücumundan Müdafiə Qüvvələri Rusiya ordusunun Ukraynaya atdığı İran istehsalı 359 ədəd “Şahid” dronlarını vurub.
Onun sözlərinə görə, dünən gecə də 40 ədəd Şahid-136/131 dronu Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən zərərsizləşdirilib.
Qeyd olunub ki, Rusiyanın əsas hədəfə aldığı bölgələr arasında Kiyev, Vinitsa, Odessa, Nikolayev, Xerson, Çerkassı şəhərləri yer alır.