image-1backend

Abdullahiyan Davosda Xaçaturyanla görüşüb

image-reklam_sirab_01

Ermənistan prezidenti Vaaqn Xaçaturyan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. Görüş Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutub.

Vətəninfo.az xəbər verir ki, bu barədə İranın İrəvandakı səfirliyi məlumat yayıb.

“Ölkəmizin xarici işlər naziri Ermənistan prezidenti ilə görüşdə tarixi kommunikasiya marşrutlarının qorunub saxlanılmasının vacibliyini və regionda sürətlə inkişaf edən hadisələr kontekstində geosiyasi dəyişikliklərin yolverilməzliyini vurğulayıb”, – deyə məlumatda bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki