image-1backend

ABŞ bu raketləri Ukraynaya VERİR

image-reklam_sirab_01

Ukrayna həftənin sonuna ABŞ-dan yeni silah partiyası ala bilər. Vətəninfo.az-ın  məlumatına görə , bu barədə aprelin 21-də CBS telekanalının efirində ABŞ Konqresinin kəşfiyyat komitəsinin rəhbəri Mark Uorner məlumat verib.

Yardım paketinə digər şeylərlə yanaşı, 300 kilometrə qədər məsafədəki hədəfləri vura bilən uzunmənzilli ATACMS raketləri də daxildir. Warnerin sözlərinə görə, silahlar “ABŞ prezidenti Co Bayden qanun layihəsini imzalayan kimi” çatdırılacaq.

Deutsche Welle-nin rus xidmətinin məlumatına görə, Amerika Atlantika Şurasının analitik mərkəzinin tədqiqatçısı Piter Dikinson qeyd edir ki, ATACMS raketləri “Ukraynaya ölkənin Rusiya tərəfindən işğal olunmuş bütün regionlarındakı hədəfləri vurmağa imkan verəcək”. Digər analitiklərin fikrincə, ATACMS aerodromlardakı təyyarələr, hava hücumundan müdafiə sistemləri, neft emalı zavodları və yük maşınları ilə logistika mərkəzləri kimi hədəfləri vurmaqda xüsusilə effektivdir.

Analitiklər bu fikirdədirlər ki, Kiyev tərəfindən uzaqmənzilli raketlərin yeni partiyasını alması Rusiya komandanlığını hərbi bazaları və komanda məntəqələrini cəbhə xəttindən çıxarmağa məcbur edə bilər ki, bu da öz növbəsində Rusiyanın nəzarətində olan ərazilərin müdafiəsini zəiflədəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki