image-1backend

ABŞ-dan hüsilərə sarsıdıcı zərbə:  Çoxsaylı raket və dronlar məhv edildi

image-reklam_sirab_01

ABŞ martın 14-də Yəməndə 9 gəmi əleyhinə raket və iki pilotsuz uçan aparatı məhv edib. Vətəninfo.az-ın məlumatına görə , bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

“CENTCOM qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazilərində doqquz gəmi əleyhinə raket və iki pilotsuz uçan aparatı uğurla vuraraq məhv edib”, – deyə məlumatda bildirilir.

Bildirilir ki, martın 14-də komandanlıq Yəmən ərazisindən Ədən körfəzi istiqamətində iki, Qırmızı dəniz istiqamətində isə iki gəmi əleyhinə ballistik raketin buraxılmasını qeydə alıb.

Komandanlıq əlavə edib ki, ABŞ və koalisiya gəmilərinə dəyən ziyan və ya xəsarət alan ekipaj üzvlərinə dair heç bir məlumat yoxdur.

Öz növbəsində Britaniya Dəniz Ticarət Əməliyyatları Departamenti (UKMTO) Yəmənin Hudeyda şəhərindən 50 dəniz mili cənub-qərbində gəmiyə raket buraxılması hadisəsi barədə məlumat verib.

“Kapitan gəminin üzərindən iki raketin uçduğunu və uzaqdan iki güclü partlayış eşitdiyini bildirdi”, – departamentin saytında yerləşdirilən məlumatda deyilir.

Ekipajın təhlükədə olmadığı, gəminin zədələnmədiyi və təyinat limanına doğru hərəkət etdiyi qeyd edilir.

Yəmənin Qırmızı dəniz sahillərinin əksəriyyətinə nəzarət edən Yəmənin şimalındakı Ənsar Allah (Husilər) hərəkatı həm ticarət, həm də ABŞ Hərbi Dəniz Qüvvələrinə aid onlarla gəmiyə hücum edib. Husilər İsrail Qəzza zolağında hərbi əməliyyatları dayandırdığı zaman hücumlara son verəcəklərini açıqlayıblar. Bir sıra gəmiçilik şirkətləri Qırmızı dəniz vasitəsilə daşımaları dayandırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki