image-1backend

ABŞ Dnestryanıdakı vəziyyəti diqqətlə izləyir – Dövlət Departamenti

image-reklam_sirab_01

Dövlət Departamentinin rəsmisi Metyu Miller  bildirib ki, tanınmamış region Rusiyaya müraciət etdikdən sonra Birləşmiş Ştatlar Dnestryanıdakı vəziyyəti diqqətlə izləyir. Vətəninfo.az xəbər verir ki, bu barədə Amerikanın Səsi məlumat yayıb.

“Rusiyanın Avropada getdikcə aqressiv rolunu nəzərə alaraq, biz Rusiyanın Dnestryanıdakı hərəkətlərini və ümumilikdə vəziyyəti diqqətlə izləyirik”, – Miller Dnestr çayının hər iki sahilindəki icmalar üçün birgə işə və həll yollarını axtarmağa çağırıb.

Xatırladaq ki, Dnestryanıdakı rusiyayönlü deputatlar bu ərazinin Moskvanın Ukrayna ilə münaqişəsində yeni gərginlik ocağına çevrilə biləcəyi qorxusu fonunda çərşənbə günü Rusiyaya “müdafiə” xahişi ilə müraciət etmişdilər.

Dnestryanı Sovet İttifaqının dağılmasından bəri faktiki olaraq rusiyapərəst qüvvələr tərəfindən idarə olunur, lakin beynəlxalq miqyasda region Moldovanın bir hissəsi hesab olunur.

Tarixində yalnız yeddinci olan xüsusi assambleyada tanınmamış regionun deputatları Rusiya parlamentindən Merdnesteri Moldovanın təzyiqlərindən “qorumağı” xahiş edən qətnamə qəbul ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki