image-1backend

ABŞ-ın İsraildəki səfirliyi əməkdaşlarına İsrailin böyük şəhərlərindən kənara çıxmağı qadağan edib

image-reklam_sirab_01

ABŞ-ın Qüdsdəki səfirliyi bölgədəki mövcud siyasi vəziyyətlə əlaqədar əməkdaşlarına və onların ailələrinə İsrailin böyük şəhərlərindən kənara çıxmağı qadağan edib.

Səfirlikdən verilən yazılı bəyanatda deyilir: “Amerika Birləşmiş Ştatlarının səfirlik əməkdaşlarına və onların ailə üzvlərinə növbəti xəbərdarlıq edilənə qədər Tel-Əviv, Qüds və Beer-Şeba şəhərlərindən kənara çıxması qadağan edilib”.

Bəyanatda ABŞ səfirliyinin əməkdaşlarının şəxsi səyahətləri üçün bu üç şəhər arasında hərəkət etməsinə icazə verildiyi bildirilib.

Xatırladaq ki, İsrail aprelin 1-də İranın Dəməşqdəki səfirliyindəki konsulluq binasına hava hücumu təşkil edib. Hücumda 2-si general olmaqla İran İnqilab Keşikçiləri Korpusunun 7 üzvü və 6 Suriya vətəndaşı həyatını itirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki