image-1backend

ABŞ İsrailə alternativ təklif etdi, lakin İsrail bunu rədd etdi

image-reklam_sirab_01

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Qalanta Rəfahda genişmiqyaslı hərbi əməliyyata alternativ təqdim edib.

Amerikanın PBS kanalının məlumatına görə, təklifə digər məsələlərlə yanaşı, HƏMAS liderlərinin hədəfə alınması, Misir sərhədinə nəzarətin yaradılması, humanitar yardımın artırılması və mülki şəxslərin Rəfahı tərk etməsinə icazə verilməsi daxildir.

Bu gün ABŞ Dövlət Departamenti Rəfahdakı hərbi əməliyyatın İsrailin təcrid olunmasına gətirib çıxaracağını açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.

İsrail daha əvvəl ABŞ-la əlaqələri kəsmək mənasına gəlsə belə, Rəfah şəhərini nəzarətə götürəcəyini bildirmişdi.

“The Times of Israel” yazır ki, bu barədə İsrailin strateji işlər naziri Ron Dermer bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki