image-1backend

ABŞ Konqresi   Ukraynaya yardımın ayrılması məsələsinə səs verəcək

image-reklam_sirab_01

ABŞ Konqresinin aşağı palatasının spikeri Mayk Conson elan edib ki, artıq aprelin 19-da Ukraynaya əlavə yardımın ayrılması və Rusiyaya məxsus aktivlərin müsadirə edilməsi məsələləri səsverməyə çıxarıla bilər.

Vətəninfo.az xəbər verir ki, Conson jurnalistlərə bildirib ki, Senatın əlavə maliyyələşdirmə qanun layihəsi hazırkı formada səsə qoyulmayacaq. Nümayəndələr Palatasının üzvləri İsrailə, Ukraynaya, Hind-Sakit okean regionuna yardım məsələlərini, həmçinin Kiyevin xeyrinə Rusiya aktivlərinin müsadirə edilməsi haqqında qanun layihəsini ayrı-ayrılıqda səs verəcəklər.

Natiq vurğulayıb ki, qanun layihələrinin mətnləri aprelin 16-da səhər hazır olacaq. Bundan sonra konqresmenlərə dəyişiklikləri təqdim etmək üçün üç gün vaxt veriləcək. Nəticədə, sənədlərin səsverməsi artıq cümə günü, aprelin 19-da başlaya bilər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki