image-1backend

“ABŞ Konqresində Baydenin istefası barədə qətnaməyə baxılacaq” – “Fox News”

image-reklam_sirab_01

“Ölkəmizin üzləşdiyi sosial çağırışlar və təhlükəsizlik təhdidləri saysız-hesabsızdır və icra hakimiyyəti başçısından güclü əqli və fiziki qabiliyyət tələb edir…”

“Sorğular göstərib ki, amerikalıların 56 faizi ahıl prezidentdə ağıl zəifliyinin aşkar əlamətlərini sezdiklərini göstərib…”

ABŞ Nümayəndələr Palatasının üzvü, Kolorado ştatından olan respublikaçı Ken Bak Co Baydenin hakimiyyətdən uzaqlaşdırılması üçün prezident kaninetindən Konstitusiyanın 25-ci düzəlişindən istifadə etməyə çağırış edən qətnaməni baxılması üçün Konqresə təqdim edəcək.

Moderator.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Bak ABŞ prezidentinin işə psixi yararlılığı məsələləri ilə bağlı vəzifəsindən kənarlaşdırılmasına çağırış edir.

“Ölkəmizin üzləşdiyi sosial çağırışlar və təhlükəsizlik təhdidləri saysız-hesabsızdır və icra hakimiyyəti başçısından güclü əqli və fiziki qabiliyyət tələb edir”, – Bak qeyd edib.

İstefa səbəbi kimi respublikaçı xüsusi prokuror Rovert Hörün Baydenin məxfi sənədlərlə işi barədə məruzəsini göstərib.

Məruzədə hazırkı prezidentin ünvanına hər-hansı ittihamlar yer almayıb, lakin o, dəfələrlə onu pis hafizəsi olan qocalan lider kimi təsvir edib.

Bakın sözlərinə görə, məruzədə “bir çox amerikalıların çoxdandır öz gözləri ilə gördükləri əks edilib, bu da prezident Baydenin öz postunda ən vacib vəzifələrini uğurlu icra etmək iqtidarında olmamasıdır”.

“Vitse-prezident və Nazirlər Kabinetinin ölkəmizin maraqlarını birinci yerə qoymaq və 25-ci düzəlişi işə salaraq irəliyə getmək zamanı yetişib”, – konqresmen bəyan edib.

Öz qətnaməsinin mətnində Bak sübutlar kimi Baydenin söz büdrəmələri və ictimaiyyət qarşısında yanışlıqlarını nümunə çəkib.

O, xatırladıb ki, bu yaxınlarda Bayden Fransa prezidenti Emmanuel Makronu bir neçə onillik bundan öncə dünyasını dəyişmiş sələfi ilə səhv salıb, həmçinin alman liderlərinin adlarını səhv salıb və Misir prezidentini yanlış olaraq Meksika prezidenti adlandırıb.

Bayden və müttəfiqləri prezidentin ağlının iti olmadığını qəti şəkildə inkar edir. Lakin Bakın qətnaməsi Bayden administrasiyasının rəsmi şəxslərininə prezidentin psixi sağlamlığı haqqında suallara cavab verməyə vadar etmək üçün artan təzyiqə əhəmiyyətli əlavədir”, – telekanal qeyd edir.

ABŞ-da son sorğular göstərib ki, amerikalıların təxminən 56 faizi ahıl prezidentdə “ağıl zəifliyi”nin aşkar əlamətlərini sezdiklərini göstərib.

ABŞ Konstitusiyasının 25-ci düzəlişinin 4-cü bölməsi vitse-prezidentə və Ağ ev kabinetinin əksəriyyət üzvlərinə prezidentin öz vəzifələrini icra etmək qabiliyyətinin olmadığını elan etməyə və onun səlahiyyətlərinin vitse-prezidentə verilməsinə imkan verir.

Prezident Konqresə öz vəzifələrini icra etməyi bacardığı barədə ərizə yazaraq səlahiyyətlərini özünə qaytara bilər.

Kabinetin bu bəyanatı təkzib etmək üçün dörd günü olacaq, bundan sonra Konqresdə prezidentin hakimiyyətdə qala biləcəyi ilə bağlı səsvermə keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki