image-1backend

ABŞ ordusu Yəməndə 4 pilotsuz uçan aparatı məhv edib

image-reklam_sirab_01

ABŞ qüvvələri Yəmənin Ənsar Allah (Husi) nəzarətində olan bölgələrində 4 pilotsuz uçan aparatı və bir yer-hava raketini məhv edib, çünki onlar regiondakı ticarət gəmiləri və ABŞ hərbi gəmiləri üçün təhlükə yaradır.

Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı məlumat yayıb.

“ABŞ Mərkəzi Komandanlığı Yəmənin Husilərin nəzarətində olan ərazilərində dörd pilotsuz uçan aparatı və bir “yer-hava” raketini uğurla məhv edib. Bu silahların bölgədəki ticarət və ABŞ hərbi gəmiləri üçün dərhal təhlükə yaratması müəyyən edilib”, – BBC yazır.

Həmçinin qeyd edilir ki, ABŞ mütəmadi olaraq Yəmən husilərini cilovlamağa çalışır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki