image-1backend

ABŞ Şimali Koreyaya görə məşhur şirkətlərə sanksiya tətbiq etdi

image-reklam_sirab_01

ABŞ Cənubi Koreya ilə koordinasiyada Şimali Koreyanın kütləvi qırğın silahları proqramını dəstəklədiyinə görə Rusiya, Çin və Birləşmiş Ərəb Əmirliklərindən olan 6 fiziki və iki quruma sanksiya tətbiq edib. Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Digər beynəlxalq şirkətlər arasında ABŞ-ın məhdudiyyətləri altında Şimali Koreyanın Chinyong şirkətinə bağlı olan Rusiyanın “Alis” şirkəti də sanksiyalara məruz qalıb. Vaşinqtonun məlumatına görə, Chinyong Rusiya və Laosda işləyən “minlərlə Şimali Koreya İT mütəxəssisini” idarə etmək üçün şirkətlər və agentlər şəbəkəsindən istifadə edir.

Vaşinqton və Seul həmçinin Şimali Koreyanın Daesong Bankı və Jinmyong Joint Bankının nümayəndələri də daxil olmaqla altı Şimali Koreyalıya qarşı sanksiya tətbiq edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki