image-1backend

ABŞ və Böyük Britaniya Yəmənə güclü zərbə ENDİRDİ

image-reklam_sirab_01

ABŞ və Böyük Britaniya Yəməndə husilərin “Ənsar Allah” hərəkatının hədəflərinə yenidən hücum edib.
Vətəninfo.az  xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı özünün X sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

Hücum Qırmızı dənizdə husilərin gəmilərə hücumlarının artmasına cavab olaraq həyata keçirilir.
Dünən məlum olub ki, hərəkat yaraqlıları Amerika gəmisinə hücum ediblər.

“İranyönlü husilərin 14 reaktiv yaylım atəşi sistemi məhv edilib”, – mesajda deyilir.

Bildirilib ki, raketlər buraxılış qurğularında yerləşdirilib və istənilən vaxt buraxıla bilər və bu, “kommersiya gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələrinin regiondakı gəmiləri üçün qaçılmaz təhlükə yaradır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki