image-1backend

ABŞ və Britaniya SEPAH rəsmilərinə,  şirkətlərə sanksiya tətbiq etdi

image-reklam_sirab_01

Britaniya ABŞ ilə birgə SEPAH-ın iki rəsmisi və üç təşkilatına qarşı İran hökumətinin Yəməndə dəstəklədiyi Husi yaraqlılarının fəaliyyətlərini asanlaşdırdıqlarına görə sanksiya tətbiq edib.

Vətəninfo.az xəbər verir ki,Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, SEPAH-ın Qüds qanadının komandanının müavini Məhəmmədrza Fəllahzadə, SEPAH-a bağlı maliyyəçi Səid əl-Camal, o cümlədən Husi hökumətinin daxili işlər nazirinin müavini Əli Hüseyn Bədrəddin əl-Husi sanksiyaların hədəfindədir.
Qeyd olunub ki, ABŞ Dövlət Departamenti sanksiyalar tətbiq edilən Honkonqda və Mərakeşdə fəaliyyət göstərən iki şirkətin İranın Müdafiə  Nazirliyinin dəstəyi ilə Çinə 100 milyon dollar mal göndərildiyini açıqlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki