image-1backend

Aclıqdan  27 nəfər ÖLDÜ: Əl-Cəzirə Qəzzadakı şok vəziyyəti açıqladı

image-reklam_sirab_01

Qəzza zolağının xəstəxanalarında aclıqdan ölən fələstinlilərin sayı 27-yə çatıb. Vətəninfo.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Onun məlumatına görə, Qəzzanın şimalında yerləşən Kamal Advan xəstəxanasında iki uşaq kəskin susuzluq və qida çatışmazlığından dünyasını dəyişdikdən sonra aclıqdan ölənlərin ümumi sayı 27-yə çatıb.

Bundan əvvəl Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) sığınacaqlarda və xəstəxanalarda olan uşaqların 15 faizindən çoxunun kəskin qida çatışmazlığından əziyyət çəkdiyini, onların təxminən 3 faizinin isə ciddi şəkildə arıqladığını bildirmişdi. ÜST həmçinin vurğuladı ki, son aylarda Qəzzada qidanın kəskin azalması görünməmiş bir hadisədir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki