image-1backend

Almaniya Berlin və Parisin Ukraynaya görə parçalanmasından narahatdır

image-reklam_sirab_01

Almaniya Sosial Demokrat Partiyasından olan Bundestaqın xarici siyasət komitəsinin rəhbəri Mixael Rot Ukraynaya dəstəklə bağlı Berlin və Paris arasında parçalanmanın genişlənməsinin əlamətlərindən narahat olduğunu bildirib. Vətəninfo.az xəbər verir ki, bu barədə The Guardian yazır.

Rot Qərbin quru qoşunlarının Ukraynaya mümkün yerləşdirilməsini Kiyevdəki digər aktual problemlər fonunda “xəyal müzakirəsi” adlandırıb.

“Mən bunu ciddi şəkildə istəyən adam tanımıram, hətta Ukraynada belə istəmirlər. Onlar ilk növbədə döyüş sursatı, zenit müdafiə vasitələri, pilotsuz təyyarələr, uzaq mənzilli silahlar göndərməlidirlər”, – Rot bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki