image-1backend

Amerikalıların 55 faizi İsrailin Qәzzaya hücumlarını dәstәklәmir

image-reklam_sirab_01

ABŞ-ın “Gallup” araşdırma şirkətinin apardığı sorğuya əsasən, amerikalıların yarıdan çoxu İsrailin Qəzzaya hücumlarını dəstəkləmir.

Vətəninfo.az xəbər verir ki, araşdırma şirkəti amerikalılardan İsrailin 1-20 mart tarixləri arasında Qəzzaya hücumları ilə bağlı fikirlərini soruşub.

Sorğuda iştirak edənlərin 55 faizi İsrailin hücumlarını dәstәklәmәdiyini, 36 faizi isə hücumları dəstəklədiyini bildirib. İştirakçıların 9 faizi rəy bildirməyib.

Sorğuda iştirak edən demokratların yalnız 18 faizi İsrailin Qəzzaya hücumlarını dəstəkləyib, 75 faizi isə buna qarşı çıxıb. Respublikaçıların 64 faizi İsrailin hücumlarını dəstəkləyib.

ABŞ-da yetkinlərin 74 faizi İsrailin Qəzzaya hücumları ilə bağlı xəbərləri izlədiklərini bildirib.

İştirakçıların 27 faizi ABŞ prezidenti Co Baydenin Yaxın Şərq siyasətini dəstəkləmədiyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki