image-1132445backend

Aralıq dənizində dəhşət: Gəminin mühərrikinin xarab olması nəticəsində 60 miqrant həlak oldu

image-reklam_sirab_01

Aralıq dənizində rezin qayığın mühərrikinin sıradan çıxması nəticəsində azı 60 miqrant ölüb.

Vətəninfo.az xəbər verir ki , bu barədə sağ qalanlara istinadən BBC məlumat yayıb.

SOS Méditerranée humanitar qrupunun idarə etdiyi Ocean Viking gəmisi tərəfindən 25 nəfər xilas edilib.

Sağ qalanlar 7 gün əvvəl Liviya sahillərindəki Zaviyə şəhərini tərk etdiklərini bildiriblər.

Üç gün sonra gəminin mühərriki xarab olub, insanlar yeməksiz və susuz qalıb.

Sağ qalanlar qurbanlar arasında ən azı 1 uşağın olduğunu bildiriblər.

Sağ qalanların hamısına tibbi yardım göstərilir. Vəziyyəti ağır olanlardan ikisi sonrakı müalicə üçün təyyarə ilə Siciliyaya aparılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki