“Ermənistan tərəfinin qaldırdığı məsələlərə cavab alınmayana qədər Ermənistan KTMT-də iştirakını müəyyən qədər dondurub. ” –Vətəninfo.az xəbər verir ki, bu fikirləri Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib.
Onun sözlərinə görə, Ermənistan üçün KTMT tərəfdaşlarının Cənubi Qafqazda öz məsuliyyət sahəsini necə təsəvvür etdikləri hələ də aydın deyil. “Bilirsiniz, bu, iştirakçı dövlətlərin bir-birinə qarşılıqlı yardım göstərmək, bir-birinin ərazi bütövlüyünü qorumaq öhdəliyinə götürdüyü müqavilə və təşkilatdır. Təəssüflər olsun ki, Ermənistan KTMT-dən kömək istədikdə biz mənfi cavab aldıq. Bizə belə təşkilat lazım deyilı”, – Mirzoyan bildirib.