image-1backend

Argentina prezidenti 70 minə yaxın dövlət qulluqçusunu ixtisar edir

image-reklam_sirab_01

Argentina hakimiyyəti yaxın vaxtlarda 70 minə yaxın dövlət qulluqçusunu işdən çıxarmağı planlaşdırır. Vətəninfo.az-ın  məlumatına görə , bu barədə “La Politica Online” prezident Xavyer Millaya istinadən yazır.

“50 min dövlət qulluqçusunu ixtisar etmişik, onların müqavilələrinə xitam verilib. Nəzərə alın ki, hazırda müqavilələrin sayı azaldılır və 70 min müqavilə ləğv ediləcək”, – deyə Milley Latın Amerikası İqtisadçıları Konfransının bağlanışında bildirib.

La Politica Online-a görə, hökumət martın 31-də müddəti bitən on minlərlə “yararsız” müqaviləni ləğv etmək niyyətindədir.

Milley hökuməti dekabr ayından dövlət qulluqçularının işdən çıxarılması prosesinə başlayıb.

Argentinanın transformasiya və ictimai işlər üzrə dövlət katibi Armando Gilbert, ixtisar missiyasını yerinə yetirmək tapşırığı ilə keçən həftə istefa verdi.

Xavyer Millay 2023-cü il dekabrın 10-da Argentinanın prezidenti vəzifəsinin icrasına başlayıb. O, dövlət başçısı kimi ilk çıxışında ölkədəki vəziyyəti böhran kimi səciyyələndirdi və iqtisadiyyatda şok terapiyasına ehtiyac olduğunu bildirdi. Siyasətçi dövlətin iqtisadiyyata minimal müdaxiləsini, inflyasiyanın qarşısını almaq üçün Argentina Mərkəzi Bankının ləğvini və dövlət şirkətlərinin özəlləşdirilməsini müdafiə edir. İlk tədbirlərdən biri kimi Millay hökuməti nazirliklərin sayını 18-dən 9-a endirdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki