image-1backend

Baş katib:”Ermənistan KTMT-dən çıxa bilməz”

image-reklam_sirab_01

İrəvan son vaxtlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinin işində iştirak etməyib, lakin Ermənistanın təşkilatda üzvlüyünün dayandırılması ilə bağlı rəsmi müraciətlər daxil olmayıb.-  Vətəninfo.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov TASS-a bildirib .

“Düzdür, İrəvan son vaxtlar KTMT Katibliyinin işində iştirak etmir. Bu, indiki mərhələdə Ermənistanın qərarıdır və biz beynəlxalq təşkilat olaraq suveren dövlət adından istənilən qərara hörmətlə yanaşırıq”.

“Bununla belə, təşkilat tam həcmdə fəaliyyətini davam etdirir, bütün prosedurlar KTMT-nin normativ bazasına tam uyğun olaraq həyata keçirilir”, – deyə Tasmaqambetov davam edib.

“Ermənistan KTMT-dən çıxa bilməz. Bu onların böyük yanlışlığı ola bilər”.- deyə baş katib bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki