image-1backend

Bayden və Netanyahu arasında münasibətlər son dərəcə gərgindir – “Politico” nəşri 

image-reklam_sirab_01

Təl-Əvivin Qəzza zolağında quru əməliyyatını cənubundakı Rəfah şəhərinə qədər genişləndirəcəyi təqdirdə ABŞ prezidenti Co Bayden İsrailə hərbi yardımı məhdudlaşdırmağı düşünə bilər.

Vətəninfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri adı açıqlanmayan ABŞ və İsrail rəsmilərinə istinadən yazır.

Bayden gələcək hərbi tədarükləri məhdudlaşdırıb- məhdudlaşdırmaq barədə hələ qərar verməsə də, rəsmilər deyirlər ki, əgər İsrail Fələstin mülki əhalisini daha da təhlükə altına salacaq yeni əməliyyata başlayarsa, o, bunu edə bilər.

Politico-nun qeyd etdiyi kimi, Vaşinqtonun hərbi təchizatı məhdudlaşdırmağa hazır olması Bayden və İsrailin baş naziri Benyamin Netanyahu arasında son dərəcə gərgin münasibətlərin göstəricisidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki