image-1backend

“Bayraktar TB3” ASELFLIR-500 ilə ilk uçuş sınağını müvəffəqiyyətlə tamamladı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, “Baykar” şirkəti tərəfindən milli və yerli olaraq hazırlanmış “Bayraktar TB3 PUA” dünyada öz sinfinin ən yaxşısı olan yerli elektro-optik sistem ASELFLIR-500 ilə ilk uçuş sınağını müvəffəqiyyətlə tamamladı.

“Baykar” şirkətinin məlumatına göre, “Bayraktar TB3” ASELFLIR-500 elektro-optik sistemi ilə altı saat uçuş həyata keçirib.

Sınaq çərçivəsində dünyadakı ekvivalentləri ilə müqayisədə ən yüksək göstəricilərə malik olan ASELFLİR-500 Elektro-Optik Kəşfiyyat, Müşahidə və Hədəf Sisteminin inteqrasiyası uğurla həyata keçirilib.

Sınaq zamanı təlim uçuşu edən Bayraktar AKINCI TİHA-nı ASELFLİR-500 də izləyib.

Bununla da “Bayraktar TB3 SİHA” 6 saatlıq uçuş həyata keçirdiyi 25-ci uçuş sınağını uğurla başa vurub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki