Almaniya kansleri Olaf Şolz Romada Avropa Sosialistlər Partiyasının Konqresində çıxışı zamanı Ukraynaya hərbçilərin göndərilməsinin əleyhinə olduğunu bildirib.
Vətəninfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Ukraynaya avropalı əsgərlər göndərməyəcəyik. Biz Rusiya ilə NATO arasında müharibə istəmirik və bunun qarşısını almaq üçün hər şeyi edəcəyik”, – Şolz bildirib.


























