Oktyabrın 7-dən etibarən İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağında 2,2 milyon insanın aclıq təhlükəsi ilə üz-üzə olduğu bildirilir.
Vətəninfo.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Koordinasiya Ofisi (OCHA) Qəzzada yaşanan ərzaq qıtlığı ilə bağlı bəyanat verib.
Bəyanatda Qəzzada 2,2 milyon insanın aclıq riski ilə üz-üzə olduğu,
İsrailin hücumları səbəbindən 1 milyon 900 min insanın yurd-yuvalarından didərgin düşdüyü və əksəriyyətinin isə düşərgələrdə yaşadığı vurğulanıb.


























