image-1132123backend

Böyük Britaniya müsəlman icmalarının müdafiəsi üçün təxminən 150 milyon dollar ayıracaq

image-reklam_sirab_01

Britaniya hökuməti ölkədə artan islamafobiya fonunda müsəlman icmalarının müdafiəsi üçün 117 milyon funt-sterlinq (təxminən 150 milyon dollar) ayıracaq. Vətəninfo.az-ın in məlumatına görə , bu barədə Reuters agentliyi məlumat yayıb.

“Bizim cəmiyyətdə müsəlmanlara qarşı nifrətə yer yoxdur. Biz Yaxın Şərqdə baş verən hadisələrin Britaniya müsəlmanlarına qarşı zorakılığa bəraət qazandırmaq üçün bəhanə kimi istifadə edilməsinə icazə verməyəcəyik”, – Britaniyanın daxili işlər naziri Ceyms Kleverli bildirib.

Reuters xəbər verir ki, müsəlmanlara qarşı insidentləri qeydə alan Tell Mama qrupu, İsrail ilə Fələstinin HƏMAS radikal hərəkatı arasında davam edən müharibə zamanı oktyabrın 7-dən bu yana belə hadisələrin 335% artdığını bildirib.

Yeni maliyyələşdirmə yəhudi qruplarının təhlükəsizliyini artırmaq üçün əlavə vəsait ayrılmasından bir həftə sonra elan edildi. Britaniya hökumətinin məlumatına görə, yeni maliyyə vəsaiti məscidləri, müsəlman dini məktəblərini və digər icma mərkəzlərini qorumaq üçün istifadə olunacaq. Nazir izah edib ki, pullar təhlükəsizlik tədbirlərinə, o cümlədən siqnalizasiya sistemi, hasarlar və kameralara xərclənəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki