image-1backend

Bu ölkədə qadınlar da əsgər gedəcəklər

image-reklam_sirab_01

Danimarka hökuməti məcburi hərbi xidməti qadınlara da şamil etmək niyyətindədir.

Vətəninfo.az xəbər verir ki, bu barədə krallığın baş naziri Mette Frederiksenə istinadən məlumat yayılıb.

Məlumata görə, ölkə hakimiyyəti hərbi xidmət müddətini 11 aya qədər uzatmaq istəyir. Halbuki, hazırda çağırışçılardan dörd ay xidmət keçmək tələb olunur.

Bundan əlavə, Danimarka rəhbərliyi ümumilikdə çağırışçıların sayını artırmağı planlaşdırır. Rəsmi statistikaya əsasən, hazırda Danimarka Silahlı Qüvvələrində 4,7 minə yaxın vətəndaş məcburi xidmətdədir.

Hökumət başçısının sözlərinə görə, Kopenhagen onların sayını ən azı beş min nəfərə çatdırmağı düşünür.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki