image-1backend

Çin ABŞ-ın Pekinin sənaye gücü ilə bağlı narahatlığına cavab verib

image-reklam_sirab_01

Çin aprelin 4-9-da Çində olan ABŞ-ın maliyyə naziri Janet Yellenin ÇXR-in sənaye gücü ilə bağlı qaldırdığı narahatlıqlara “tam və rasional” cavab verib. Vətəninfo.az-ın  məlumatına görə , bu barədə Çin Dövlət Şurası bəyanat yayıb.

Çinin maliyyə nazirinin müavini Liao Min Amerika rəsmisinin səfəri ilə bağlı jurnalistlərlə keçirdiyi brifinqdə bildirib ki, bazar iqtisadiyyatı prinsipləri və dəyər qanunu saxlanılmaqla sənaye potensialı məsələsinə baxılmalıdır.

“Qondarma “fövqəlgüc” bazar mexanizminin öz rolunu oynamasının təzahürüdür. Tələb və təklifin tarazlığı nisbidir, balanssızlıq isə çox vaxt normadır”, – Liao Min bildirib.

İstər ABŞ-da, istərsə də digər Qərb ölkələrində artıq istehsal gücünə tarix boyu dəfələrlə rast gəlindiyini qeyd edən nazir müavini bildirib ki, bu problemlərin həlli əsasən “bazarın dəyər qanununa uyğun tənzimlənməsindən” asılıdır.

Eyni zamanda, nazir müavini qeyd edib ki, sənaye potensialı dünya bazarındakı real vəziyyətlər əsasında təhlil edilməlidir. O, misal kimi tələbatı hazırkı təklifdən qat-qat artıq olan alternativ enerji daşıyıcılarını göstərib.

“Çin Birləşmiş Ştatların və digər aidiyyəti tərəflərin narahatlıqlarını nəzərə alıb və bazarlaşma prinsipinə sadiqlik əsasında fikir ayrılıqlarını rasional şəkildə nəzərdən keçirmək və düzgün həll etmək üçün bütün tərəflərlə əlaqə və koordinasiyanı gücləndirməyə hazırdır”, – Liao Min əlavə edib. , Çin bu məsələ ilə bağlı Amerika tərəfi ilə işçi qrupu səviyyəsində təmasları davam etdirəcək.

Janet Yellen aprelin 8-də Pekində keçirdiyi mətbuat konfransında Çin iqtisadiyyatının ABŞ və dünyaya “mənfi təsirinin artmasından” narahat olduğunu bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki