image-1backend

Çin Avropanın altı ölkəsi üçün vizasız rejim tətbiq edəcək

image-reklam_sirab_01

Çin hakimiyyəti Avropanın altı ölkəsinin vətəndaşları üçün birtərəfli vizasız rejim tətbiq edəcək.

ÇXR-in xarici işlər naziri Van İ bu barədə Çin Xalq Nümayəndələri Yığıncağının ikinci sessiyası çərçivəsində keçirilən mətbuat konfransında deyib.

“Pekin martın 14-dən sınaq olaraq İsveçrə, İrlandiya, Macarıstan, Avstriya, Belçika və Lüksemburq üçün vizasız rejim tətbiq edəcək”, – deyə XİN rəhbəri bildirib. Onun sözlərinə görə, ÇXR ölkələr arasında personal mübadiləsini asanlaşdırmaq, o cümlədən ödəniş xidmətlərinin miqdarını artırmaq üçün təşəbbüslər irəli sürməyə davam edəcək.

Xatırladaq ki, Çin hökuməti 2023-cü il dekabrın 1-dən etibarən Avropa İttifaqının beş ölkəsi – İspaniya, İtaliya, Hollandiya, Fransa və Almaniya vətəndaşları üçün viza rejimini birtərəfli qaydada aradan qaldırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki