image-1backend

Çin “Yunhai-3” məxfi peykini orbitə çıxarıb  

image-reklam_sirab_01

Çin özünün ikinci gizli peyki olan Yunhai-3-ü orbitə çıxarıb. “Yunhay-3” peyki ilə birlikdə “Long March 6A” raketi Çinin Şansi əyalətindəki Taiyuan Peyk Atış Mərkəzindən buraxılıb. Bu barədə Vətəninfo.az  “Lenta.ru” ya istinadən xəbər verir .

Çin hakimiyyəti Yunhai-3-ü atmosferi və dəniz mühitini öyrənmək, kosmik mühiti izləmək və təbii fəlakətlərin qarşısını almaq üçün nəzərdə tutulmuş mülki peyk adlandırır, lakin bəzi Qərb ekspertləri belə peykləri hərbi meteoroloji cihazlar kimi görürlər.

Yuxarıda qeyd olunan peyk buraxılışı Long March 6A buraxılış qurğuları üçün beşinci, dizaynında həm maye, həm də bərk yanacaq pillələrindən istifadə edən ilk Çin raketidir.

Fevral ayında Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası Çinin 2024-cü ilə qədər 100-ə yaxın kosmosa buraxılış həyata keçirməyi planlaşdırdığını açıqlamışdı ki, bu da ölkə üçün rekorddur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki