image-1backend

Dəhşətli yanğında  45 nəfər həlak oldu

image-reklam_sirab_01

Banqladeşdə baş verən böyük yanğında azı 45 nəfər ölüb, onlarla insan yaralanıb. Vətəninfo.az-ın məlumatına görə , bu barədə ölkənin səhiyyə nazirinə istinadən “Reuters” agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan 22 nəfərin vəziyyəti son dərəcə ağırdır.

Yanğın paytaxt Dəkkədə, bir çox ailənin uşaqları ilə yemək yediyi 6 mərtəbəli restoran binasında baş verib. Yanğınsöndürmə xidmətinin məlumatına görə, yanğına səbəb qaz sızması ola bilər.

Yalnız 2 saatdan sonra yanğını təcrid etmək mümkün olub.

Hökumət hadisəni araşdırmaq üçün komissiya yaradıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki