image-1backend

Əl-Cəzirə televiziyasının İsraildə yayımı dayandırılır -Netenyahu açıqladı

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu Platform X-də yazıb ki, yeni qanuna əsasən, o, Əl-Cəzirə televiziyasının İsraildə yayımını dayandırmaq üçün təcili tədbirlər görmək niyyətindədir və onu “terrorçu telekanal” adlandırır.

Onun sözlərinə görə, Əl-Cəzirə İsrailin təhlükəsizliyinə zidd fəaliyyət göstərir. Sözügedən yeni qanun İsrail parlamenti Knessetdə 10-a 71 səs nisbəti ilə qəbul edilib. “Bəyan edirəm ki, xarici yayımçılar tərəfindən dövlətin təhlükəsizliyinə xələl gətirməməsi haqqında… qanun layihəsi ikinci və üçüncü oxunuşda qəbul edilib. Bu, qanunlar kitabına daxil ediləcək”, – Knessetin sədr müavini Erez Malul bildirib.

Əl-Cəzirə Netanyahunun bəyanatını pisləyib və bunu “təhlükəli yalan” adlandırıb. Media Netanyahunun İsraildə fəaliyyət göstərən işçi heyətinin və ofisinin təhlükəsizliyinə şəxsən cavabdeh olduğunu vurğulayıb. Qərərgahı Qətərdə olan Əl-Cəzirənin dünya üzrə 430 milyona yaxın izləyicisi var və verdiyi açıqlamada Əl-Cəzirə Qəzzədəki hadisələri peşəkar şəkildə işıqlandırmağa davam edəcəyini vurğulayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki