image-1backend

Ərdoğan: ””Türkiyə əsrinə”nə qədəm qoyuruq”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: “İlk insanlı kosmos missiyası ilə Cümhuriyyətimizin ikinci əsrinə, ”Türkiyə əsrinə”nə qədəm qoyuruq”.
Prezident Rəcəb Tayyib Ərdoğan Milli Kosmos Proqramının ilk mərhələsi olan “İlk insanlı kosmos missiyası” ilə əlaqədar videomüraciət yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan paylaşımında bu ifadələrə yer verib: “Hamımız birlikdə tarixi bir anın şahidi oluruq. Ortaq qürurumuzun zirvəyə yüksəldiyi dövrlərdən birini yaşayırıq. Cümhuriyyətimizin ikinci əsrinə, ”Türkiyə əsri”nə qədəm qoyuruq. Elm tarixinə bənzərsiz töhfələr vermiş sivilizasiyanın varisləri olaraq missiyamızı yenidən həyata keçiririk və bizim üçün böyük əhəmiyyət kəsb edən yeniliyə imza atırıq. Gözləri parıldayan gənclərimizə, xəyalları dünyaya sığmayan övladlarımıza ilham olması üçün ilk dəfə bir vətəndaşımızı kosmosa göndəririk”.
Qeyd edək ki, Türkiyənin ilk astronavtı Alper Gezeravcının kosmosa səyahəti Türkiyə vaxtı ilə saat 00.49-da başlayıb. Alper Gezeravcını daşıyan kosmik gəmi Amerika Birləşmiş Ştatlarının Kennedi Kosmik Mərkəzindən uğurla kosmosa buraxılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki