image-1backend

“Financial Times”: “ ABŞ və İran Omanda gizli danışıqlar aparıb” 

image-reklam_sirab_01

“Financial Times” nəşri iddia edib ki, ABŞ və İranın hökumət rəsmiləri son aylarda Omanın paytaxtı Masqatda gizli və dolayısı ilə danışıqlar aparırlar.
Vətəninfo.az xəbər verir ki, qəzet danışıqların məqsədinin Tehranı Yəmən husilərinə təsirindən istifadə edərək Qırmızı dənizdəki gəmilərə hücumlara son qoymağa inandırmaq olduğunu bildirib. Bununla yanaşı, danışıqlarda İranın nüvə proqramını genişləndirməsi ilə bağlı narahatlıq da ifadə olunub.
Məlumata görə, Masqat danışıqlarında ABŞ nümayəndə heyətinə Ağ Evin Orta Şərq üzrə müşaviri Brett Makqurk və ABŞ-nin İran məsələləri üzrə nümayəndəsi Abram Peyli və İran XİN başçısının müavini və baş nüvə müzakirəçisi Əli Baqeri rəhbərlik ediblər.
Bildirilir ki, Tehran və Vaşinqton arasında danışıqların ikinci raundu fevral ayına planlaşdırılsa da, ABŞ-nin İsrail və HƏMAS arasında vasitəçilik səyləri səbəbindən təxirə salınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki