image-1backend

Financial Times: “İran gəmisi Qırmızı dənizdəki gəmilərə hücum etmək üçün Husilərə kömək edir”

image-reklam_sirab_01

İranın “Behşad” gəmisi yanvarın 11-də Ədən körfəzinə doğru yola düşənə qədər bir neçə il Qırmızı dənizdə praktiki olaraq hərəkətsiz qalıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri xəbər verir.
Qeyd olunur ki, fevralın 16-da Behşad gəmisi kiberhücuma məruz qalıb.
Bundan sonra Husilərin gəmilərə hücumları bir müddət dayanıb.
Martın 6-da İran gəmisi Husilərin hücumuna məruz qalan True Confidence yük gəmisindən 80 km aralıda olub.
Dəniz riskləri üzrə ixtisaslaşmış “Sedna Global” şirkətinin rəhbəri Con Qahaqanın sözlərinə görə, “İran gəmisinin hərəkətləri ən azı qeyri-adidir və çox güman ki, o, həqiqətən husilərə gəmilərin hərəkəti haqqında məlumat verir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki