Vətəninfo.az xəbər verir ki, Amerikanın biznes jurnalı “Forbes” 2024-cü ildə dünyanın ən zəngin qadınlarının siyahısını dərc edib və bu siyahıda Türkiyənin ən zəngin qadınının da adı var.
“Koç Holdinq”in idarə heyətinin üzvü İpək Keracın sərvəti 3,5 milyard dollar qiymətləndirilir. Yalnız 2023-cü ildə onun sərvəti 200 milyon dollar artıb.
Bundan əvvəl Amerika jurnalı Türkiyənin ən zəngin iş adamının yer aldığı dünyanın ən zəngin adamlarının siyahısını da dərc etmişdi.
Türkiyənin “Yıldız Holdinq”in idarə heyətinin üzvü Murad Ülkər 5,1 milyard dollar sərvəti ilə “Forbes”in siyahısında 597-ci yerdə qərarlaşıb.


























