image-2backend

FTB-nin təlim mərkəzində güclü  partlayış: Çoxsaylı yaralanan var

image-reklam_sirab_01

ABŞ-ın Kaliforniya ştatının İrvin şəhərində Federal Təhqiqatlar Bürosunun (FTB) təlim mərkəzində baş verən partlayış nəticəsində 16 nəfər xəsarət alıb. Bu barədə Vətəninfo.az CBS News-a istinadən xəbər verir .

Hadisə martın 13-də yerli vaxtla günorta saatlarında baş verib.

“Partlayışın səs dalğası səbəbindən yaralılardan 13-ü başgicəllənmə və qulaq ağrısından əziyyət çəkir… Zərərçəkənlərdən ikisi ayağından yaralanıb, onlardan birinin əməliyyata ehtiyacı olub. Digər qurban belindən zədə alıb, lakin əməliyyat tələb olunmayacaq”, – Orange County Şerif Departamenti bildirib.

Şerif nümayəndəsinin sözlərinə görə, insident istehkamçıların və xüsusi təyinatlıların birgə təlimi zamanı baş verib, lakin partlayışın səbəbi hələ də məlum deyil.

Hazırda FTB hadisəni araşdırır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki